Elm dünyasının yeni Eynşteyni – 23 yaşlı Sabrina
23 yaşlı gənc fizik Sabrina Gonzales Pasterski hazırda dünyanın ən ağıllı elm adamlarından biri kimi göstərilir. Əslən Kubadan olan Sabrina MIT-dən 3 il ərzində bütün imtahanlardan ən yüksək qiyməti alan tək qadın kimi tarixə düşüb. Dünya medyası onu yeni Eynşteyn kimi qələmə alır.
AzNews.info bizplus.az-a istinadən bildirir ki, Sabrina eynilə Eynşteyn kimi qara dəliklər, cazibə qüvvəsi və kosmos zamanı ilə bağlı mövzularla maraqlanır. O, bu sahədə inqilab yaradan insanlardan biri ola bilər. Ancaq Sabrinanın yeni Eynşteyn kimi göstərilməyinin tək səbəbi elmi uğurları deyil.
İlk dəfə 2008-ci ildə cəmi 14 yaşında tək başına motorlu təyyarə yaratmağı bacarıb. MIT professorları Sabrinanın istedadının standartdan üstün olduğunu qeyd edirlər.
O, hələ də ağıllı telefon, facebook, instagram və linkedindən istifadə etmir.
Mənbə:> Bizplus.az