Eynşteynin daha bir fərziyyəsi elmi sübutunu tapdı
Albert Eynşteynin 100 il əvvəl Yerin cazibə qüvvəsi ilə bağlı nəzəriyyəsinin təsbit edilməsindən sonra ikinci müşahidədə də cazibə dalğaları müəyyən olunub.
Admiral.az bildirir ki, beləliklə, məşhur elm adamının nisbilik nəzəriyyəsi də təsdiq edilib.
İlk dəfə Eynşteynin 1916-cı ildə iddia etdiyi cazibə qüvvəsi dalğalarının varlığı ikinci dəfə elmə sübut olunub.
"Lazer İnterferometrik Cazibə Qüvvəsi Dalğası Rəsədxanası"nın ikinci müşahidəsində iki qara dəliyin toqquşması nəticəsində ortaya çıxdığı iddia edilən dalğalara aid siqnallar ikinci dəfə qeydə alınıb.
Kosmosu tədqiq edən alimlərin açıqlamasına görə, 1,4 milyard işıq ili uzaqlıqda bir-birini udan qara dəliklərin ikinci cütlüyü təsbit edilib.
Elm adamlarının fikrincə, həmçinin Günəşin 8 və 14 qatı böyüklüyündəki qara dəliklərin birləşməsi təxminən Günəşdən 21 qat böyük qara dəlik yaradıb.
Kəşf edilməyən qara dəliklər
Birmingham Universitetinin professoru və rəsədxananın işçisi Con Veit də müşahidədə ortaya çıxan dalğaların qara dəliklər olduğunu bildirib. O, bu kəşfin gələcəkdə kəşf edilməyi gözləyən qara dəlik birliyi olduğunun təsdiqi kimi qiymətləndirib.
Eynşteynin nəzəriyyəsinə görə, qara dəlik kimi böyük kütləli cisimlərin zamanda cazibə qüvvəsi və zamanı dəyişmə qabiliyyəti var. Onun 2016-cı ilin fevralına kimi heç vaxt təsbit edilə bilməyən bu nəzəriyyəsi 100 il sonra təsdiq edilib.
Bir məsələdə yanılıb
Eynşteyn nisbilik nəzəriyyəsini yazarkən bütün kainatın cazibə dalğalarıyla örtülü olduğunu deyib və onun haqlı olduğu məlum oldu. Lakin o, həm də bu nəzəriyyənin heç vaxt təsbit edilə bilməyəcəyini deyərək, yanılıb.
Mənbə:> Admiral.az