Jerar Depardye “qara siyahı”ya salındı
Bir müddət öncə Rusiya vətəndaşlığını qəbul edən məşhur fransız aktyoru Jerar Depardye Ukraynanın “qara siyahı”sına düşdü.
Oxu.Az xarici mətbuata istinadən məlumat verir ki, bunlara fransız ulduzunun Rusiya prezidenti Valdimir Putini hər zaman dəstəkləməsi və müsahibələrinin birində işlətdiyi ifadələr səbəb olub. Depardye müsahibəsində deyib:
“Mən Rusiyanı və onun tərkibinə daxil olan Ukraynanı çox sevirəm”.
Bundan sonra aktyorun iştirakı ilə çəkilmiş ekran işlərinin kinoteatrlarda və televiziyalarda nümayişi qadağan edilib.
Hətta mətbuatda belə Jerarın adının çəkilməsi qadağan edilib.
Mənbə:> Oxu.Az