"Qara siyahı"ya düşənlərin sayı arta bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Media

"Qara siyahı"ya düşənlərin sayı arta bilər

"Qara siyahı"ya düşənlərin sayı arta bilər


Mətbuat Şurasında (MŞ) 3 KİV-in adının “qara siyahı”ya salınması tövsiyə edilib.

MŞ-nin mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, bu gün Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının iclası keçirilib. Komissiyanın sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə toplantını açaraq gündəliyə salınması tövsiyə olunan məsələlər barədə məlumat verib. O deyib ki, müzakirəsi tövsiyə edilən 15 məsələdən 4-ü MŞ-nin Şikayətlər üzrə komissiyası, digərləri isə Şura Katibliyi tərəfindən təqdim olunub. Gündəlik təsdiqləndikdən sonra müzakirələrə başlanıb.

Əvvəlcə “Poliqon” Analitik-İnformasiya Agentliyinin (Pia.az) baş redaktoru Azər Qaramanlı dinlənilib. O, rəhbəri olduğu Pia.az saytının bir sıra materiallarında etik prinsiplərin tələblərinin gözlənilmədiyi barədə iradlarla razılaşıb. Baş redaktor deyilənlərdən nəticə çıxaracağını, saytın fəaliyyətində dönüş yaradacağını öhdəsinə götürüb. Mətbuat Şurasından qərarında buna diqqət yetirməsini xahiş edib. Komissiya onun səmimi etirafını nəzərə alıb. Sayta MŞ-nin sonuncu xəbərdarlığının olunması məqsədəuyğun sayılıb. Eyni ölçü tədbiri “Dünya” İnformasiya Agentliyi (Dia.az) barədə də götürülüb.

İclasda “Təhqiqatın gücü” qəzetinin və “Arama” jurnalının adlarının Mətbuat Şurasının “qara siyahı”sına salınması və bu məqsədlə Şuranın İdarə Heyətinə təqdimat verilməsi barədə rəylər çıxarılıb. “Əsrin ziyalıları” qəzetinə isə etik pozuntularına və peşə fəaliyyəti ilə bir araya sıxmayan hərəkətinə görə Şuranın xəbərdarlığının edilməsinə dair rəy çıxarılıb.

Komissiya Milli Məclisin deputatı Jalə Əliyevanın “Detektiv lüks” qəzeti barədə müraciəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirilməsi üçün əlavə araşdırmaların aparılmasını zəruri hesab edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *