Araz Ağalarov klipə çəkildi: kepka, bayan və araq
Rusiyada yaşayan azərbaycanlı məşhur biznesmen, müğənni-bəstəkar Emin Ağalarovun atası Araz Ağalarov oğlunun ad gününə maraqlı sürpriz hazırlayıb.
Virtualaz.org-un məlumatına görə, A. Ağalarov Eminin ifa etdiyi “Still” mahnısına klip çəkdirib. Oğlunun 38 yaşını bu cür təbrik etmək istəyən biznesmen rejissorluğu Timur Cəfərova həvalə edib. O, ekran işində özü də rol alaraq iştirak edib.
Emin isə klip haqda deyib ki, bu onun üçün gözlənilməz olub: “Hələ də başa düşə bilmirəm, ay ata, sən çəkilməyə necə razı olmusan?”
Qeyd edək ki, klipdə "Still" mahnısı B.Stounun ifasında əvvəlcə rus, sonra isə Azərbaycan dilində səslənib.
Mənbə:> Virtualaz.org