Emin Ağalarov rus gözəllə – VİDEO
Dünyaca məşhur müğənni və bəstəkar Emin Ağalarov Bakıda klip çəkdirib.
Big.az xəbər verir ki, bir neçə həftə əvvəl baş tutan “Ryadom prosnutsa” adlı mahnı İçərişəhərdə lentə alınıb. Klipdə rusiyalı model Kristina Qontar rol alıb.
Klipin rejissoru Vladimir Bolqov və Velimir Rusakovdur.
Emin kliplə bağlı fikirlərini bölüşüb:
“Mahnı mənim hazırkı daxili dünyamı əks etdirir. Bəzi məqamları nəzərə almasaq, pozitiv emosiyalar əks olunub. Mən də ekran işində bu pozitivliyi görmək istəyirdim.
Klip düşündüyümüz kimi – real, pozitiv və çox gözəl alındı. Əsas mövzunun klassik kişi və qadın tanışlığı olmasına baxmayaraq, rejissor onu adi göstərməməyə çalışıb.
Çox vaxt çəkilişlər mənim üçün çətin olur. Bu dəfə isə hər şey bir dəfəyə edildi. Klipə çəkilməkdən xoşum gəldi. Çünki heç bir rola girmək məcburiyyətində qalmadım. Özüm oldum və hər şeydən zövq aldım. Kristinaya təşəkkür edirəm, rolunun öhdəsindən uğurla gəldi. Biz onunla ilk dəfə çəkiliş meydançasında görüşdük. Buna baxmayaraq, hər şey təbii alındı”.
Mənbə:> Big.az