Emin Ağalarov "Səni unutmaq"ı təqdim etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Video

Emin Ağalarov "Səni unutmaq"ı təqdim etdi – VİDEO

Emin Ağalarov "Səni unutmaq"ı təqdim etdi


Rusiyada yaşayan azərbaycanlı iş adamı, bəstəkar-müğənni Emin Ağalarov (səhnə adı EMİN) qısa müddətdə hitə çevrilmiş "Səni unutmaq" (Zabıt tebya) mahnısının klipini təqdim edib. ANS PRESS-in məlumatına görə, klip rəsmi Youtube səhifəsində yerləşdirilib.

Klipdə EMİN-in tərəf müqabili aktrisa Yelena Podkaminskaya olub. Klipdə onlar iki uşağı olan gənc ailəni canlandırıblar.
Cütlük arasında münasibətlər elə də yaxşı deyil. Ekran işində ailə problemi olan EMİN evdən çıxır və qəzaya uğrayır.


Emin Ağalarov "Səni unutmaq"ı təqdim etdi
Klip çəkilişindən görüntü


"Mən şou biznesdən uzağam. Amma bir dəfə televizoru yandırdım və orada EMİN mükafatlandırlırdı. O, övladlarındn elə duyğusal danışırdı ki, bu mənə təsir etdi. Mənə onunla işləmək çox xoş oldu", deyə aktrisa açıqlamasında bildirib.


"Zabıt tebya" mahnısının müəllifi Oleq Vladidir.


Emin Ağalarov "Səni unutmaq"ı təqdim etdi
EMİN və Yelena


Emin Ağalarov "Səni unutmaq"ı təqdim etdi
Klipdən kadr


Emin Ağalarov "Səni unutmaq"ı təqdim etdi

Bir müddət öncə E.Ağalarovun "Səni unutmaq" mahnısını may ayında boşandığını elan etdiyi Leyla Əliyevaya həsr etməsi barədə məlumatlar yayılmışdı. Lakin o özü yayılan xəbərlərin mif olduğunu bildirib. Onun sözlərinə görə, mahnını Əliyeva ilə yollarını ayırmazdan əvvəl bəstələyib. Emin qeyd edib ki, mahnının məzmunu bir çox insanlar üçün yaxın görünə bilər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *