Maradona dodaq boyası vurub efirə çıxdı – FOTO
Argentina və dünya futbolunun əfsanələrindən olan Dieqo Maradona son görüntüsü ilə hamını heyrətləndirib.
ANS PRESS-in məlumatına görə, veteran futbolçu keçirdiyi bir sıra estetik əməliyyatlardan sonra ilk dəfə televiziya proqramına qatılıb.
Maradonanın proqrama dodaq boyasından istifadə edərək çıxması izləyicilər tərəfindən bir mənalı qarşılanmayıb. Bu vəziyyət onda qadına xas bir görüntü yaradıb.
Maradonanın bu halı onu sevənlər tərəfindən kəskin tənqidlə qarşılanıb.
Qeyd edək ki, 54 yaşındakı veteran futbolçu indiyə kimi qaşını qaldırıb, üzünü dartdırıb və dodaqlarına silikon etdirib. Keçirdiyi əməliyyatlarla gənc və sağlam bir görünüşə qovuşmaq istəyən Maradona görünür hələlik bu istəyinə nail ola bilməyib.
Mənbə:> ANSPRESS