"Ana" və "ata" olmayacaq
Amerika Birləşmiş Ştatlarında "ana" və "ata" sözləri ləğv edilir.
ANS PRESS-in məlumatına görə, ABŞ Dövlət Departamenti fevral ayından başlayaraq sənədləşdirmədə "ana" və "ata" sözlərini rəsmi dövriyyədən çıxarıb.
Bundan sonra, sənədlərin rəsmiləşdirilməsi üçün ərizə verərkən anketlərdə "valideyn nömrə 1" və "valideyn nömrə 2" qeyd olunacaq.
Dövlət Departamenti bu qərarı belə izah edib: ABŞ-da yaşayan eynicinsli ailələr öz hüquqlarının müdafiəsində möhkəm dayandıqlarından, əvvəlki "ata" və "ana" gender identifikasiyası müasir reallıqla ziddiyət təşkil edir.
Mənbə:> ANSPRESS