Çində ilk robot-polis işə başladı
Çinin Henan vilayətində ilk robot-polis xidmətə qəbul olunub. O, Çjençjou şəhərində dəmir yolu vağzalında gözləmə zalının təhlükəsizliyinə nəzarət edir.
Oxu.Az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə gbtimes nəşri məlumat yayıb.
Təkərlər vasitəsi ilə hərəkət edən robotun səthində sensorlar quraşdılıb. Ərazinin təhlükəsizliyinə sərbəst nəzarət edən robot-polis üzlərin skan olunması və tanınmasını təmin edir, eləcə də sərnişinlərin suallarını cavablandırır. Robot həmçinin havanın temperaturunu müəyyən etməyi bacarır və yanğın təhlükəsi barədə xəbərdarlıq edir.
Hazırda robot test rejimində fəaliyyət göstərir. Tezliklə onun gecə növbəsində, gözləmə zallarında sərnişinlərin çox olduğu zaman işə çıxarılacağı planlaşdırılır.
Mənbə:> Oxu.az