Robot “intihar edib”
Avstriyada robot “intihar edib”. Səbəb kimi mexanizmin gündəlik ev işlərindən yorulması göstərilir.
“iRobot Roomba”nın sahibi robotu sonuncu dəfə tozsoranı işə salarkən gördüyünü bildirib.
Aznews.info AZƏRTAC-a istinadla xəbər verir kı, mənzilin sahibləri robotu söndürərək gediblər. Sonra yüksəktexnologiyalı robot özü işə düşərək mətbəx plitəsinə yaxınlaşıb və odda bişən sıyıqla dolu qazanı çəkərək onun yerində əyləşib.
Yanğınsöndürənlər evə gələndə plitədə yalnız kül yığını ilə qarşılaşıblar.
Mənbə:> Azertag.az