Tarixin 100 ən nüfuzlu – FOTOSU
“Time” jurnalı “100 Photographs” adlı yeni lahiyəyə başlayıb.
Oxu.Az xəbər verir ki, layihə çərçivəsində 1826-2015-ci illər ərzində çəkilən yüz ən nüfuzlu foto dərc edilib.
Nəşr qeyd edir ki, üç il ərzində “Time” jurnalistləri beynəlxalq kuratorlar, tarixçilər, fotoredaktor və fotoqraflarla əməkdaşlıq ediblər. Hər bir foto yaranma tarixçəsi ilə müşayiət olunur.
“Fotonu nüfuzlu edən düstur yoxdur. Bəzi fotolar öz növündə birinci olduqlarına görə, digərləri isə həyatımızı dəyişdiklərinə görə bizim siyahıya daxil edilib”, - saytda yerləşdirilən məlumatda deyilir.
© Foto: Rockefeller Center
Göydələn üzərində nahar
Jurnal həmçinin qeyd edir ki, layihə fotoların tarixə təsirini qiymətləndirir.
© NASA/ ESA/STScI/Arizona State University
“Hubble” kosmik teleskopunun təsviri. 1995-ci il
Siyahıda Ernesto Çe Qevaranın portreti, Məhəmməd Əlinin nokautu, 2014-cü ildə “Oskar" mükafatlandırma mərsimi zamanı hollivud ulduzlarının selfisi, “Müharibənin dəhşəti”, “Tayms-skverdə öpüş” və sairə məşhur fotolar yer alıb.
© Foto: Ellen DeGeneres Twitter hesabı
© Brent Stirton, 2007
Konqoda qorilla ovu
Mənbə:> Oxu.Az