Müştərilərə pişiklər xidmət göstərəcək
Yaponiyanın “Pizza Hut” pizza evləri şəbəkəsi özünün yeni reklam kampaniyası üçün satıcı uniforması geyinmiş pişiklərin çəkildiyi videoçarx hazırlayıb.
ANS PRESS-in məlumatına görə, şəbəkənin marketoloqları pizza evlərinin fərsiz əməkdaşlarını ələ salmaq üçün dördayaqlı satıcılardan və uydurma “Pizza Cat” müəssisəsindən istifadə etməyi qərara alıblar.
Süjetə əsasən, firmanın qırmızı uniformasını geyinmiş heyvanlar “Pizza Cat” müəssisəsini özləri idarə edirlər, lakin işin öhdəsindən çox pis gəlirlər, yatırlar, tozsoran robotun üstündə sürüşürlər, kassa aparatı ilə oynayırlar.
Reklam çarxları üçün uydurulmuş diskleymerde deyilir: “Pişiklər motivasiyanı hiss etmədikləri üçün siz pizzanızı almadınız. Onları bağışlayın”.
Müəlliflərin fikrincə, bu video öz-özünü ələ salmaqdır, çünki tənbəl pişiklər yay tətilində pul qazanmaq üçün pizza evində işə düzələn laqeyd və əsəbi yeniyetmə satıcıları xatırladır.
“Pizza Cat” haqqında Youtube-da yerləşdirilmiş reklam çarxlarına 135-340 min nəfər baxıb.
Mənbə:> ANSPRESS