Mendeleyev cədvəlinə dörd yeni element əlavə edildi
Onlara “müvəqqəti adlar” verilib.
Mendeleyev cədvəlinə 113,115,117 və 118 nüvə nömrəli dörd element əlavə edilib, RİA Novosti Beynəlxalq nəzəri və tətbiqi kimya İttifaqının saytına istinadən məlumat yayıb (IUPAC).
Oxu.Az xəbər verir ki, yeni elementlərin alınmasında əsas çətinlik onların daha yüngül elementlərin, öncə məlum olmayan və müəyyənləşdirilməsi lazım olan izotoplarına bölünmələrindən ibarətdir. Dörd elementin hər biri süni yol ilə sintez edilib.
Təbiətdə urandan ağır, yəni nüvə nömrəsi 92-dən artıq olan element mövcud deyil. Onları süni sintez yolu ilə əldə edirlər. RIKEN institutunun alimlərini Mendeleyev cədvəlinin “ypaoniye” adlandırıla biləcək 113-cü elementinin yaradıcısı kimi qəbul ediblər.
Qeyd edilir ki, bu, Mendeleyev cədvəlində ilk “yapon” elementi olacaq.
115,117 və 118 nüvə nömrəli elementlərin təqdimatı isə Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun, Kaliforniyada yerləşən Livermor Milli Laboratoriyasının və Tennesidə yerləşən Ok-Ric Milli Laboratoriyasının rus-amerikan işçi qrupunun alimlərinə məxsusdur.
Yeni elementlərə “müvəqqəti” adlar verilib, ununpentium (Uup), ununseptium (Uus) və ununoctium (Uuo), beş aydan sonra isə cədvəldə onların iki hərfli işarəsi ilə həqiqi adları da peyda olacaq.
Mendeleyev cədvəlinə son əlavə 2011-ci ildə edilib. Həmin dövrdə fleroviyum və livermorium adlanan 114 və 116-cı elementlər kəşf edilib.
Mənbə:> Oxu.Az