Bu sirrli fotolar hamını dəhşətə gətirir – FOTO
Tarixdə Viktoriya dövrü kimi tanınan 1837-1901-ci illər insanlıq tarixinin qaranlıq səhifələrindən biridir.
AzNews.info xəbər verir ki, o zamanlar bir sıra qeyri-adi və müasir insanı dəhşətə gətirəcək adətlər olub. Bunlardan biri də vəfat etmiş insan portretləridir.
Yaxın qohumlarını - anasını, atasını və övladını itirən insanlar onların ölümü ilə barışa bilmir, xatirə olaraq ölümündən sonra sonuncu dəfə bir foto çəkdirmək istəyirdilər. Beləcə, artıq vəfat etmiş insanlarla birgə şəkil çəkdirirdilər. Bu zaman fotoqroflar həmin insanın canlı görünməsi üçün əlindən gələni edirdilər: vəfat etmiş insanın aksesuarlarından istifadə, ayaq üstə dura bilməsi üçün müxtəlif yöntəmlər və sairə.
Fotolara baxdıqda bütün bu detalları görəcəksiniz.
AzNews.info həmin fotoları sizə təqdim edir:
Mənbə:> AzNews.info