Villasında narkotik plantasiyası salan şəxs hansı vəzifəlinin oğludur? » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Kriminal, Video

Villasında narkotik plantasiyası salan şəxs hansı vəzifəlinin oğludur? – VİDEO

Villasında narkotik plantasiyası salan şəxs hansı vəzifəlinin oğludur?


Dübəndi qəsəbəsində yerləşən üç mərtəbəli villanın birinci mərtəbəsində narkotik plantasiyası salınması ilə bağlı hadisənin bəzi təfərrüatları məlum olub.

AzNews.info xəbər verir ki, APA TV-nin əldə etdiyi məlumata görə, villa 1982-ci il təvəllüdlü Ağabalayev Səid Şahmar oğluna məxsusdur.

Saxlanılan bu şəxsin Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin sabiq baş məsləhətçisi Şahmar Agabalayevin oğlu olduğu bildirilir.

Şahmar Ağabalayev ixtisasca botanikdir və "Miçurin" mükafatına və 2012-ci ildə dövlət mükafatına layiq görülüb. İstintaq araşdırmaları zamanı o da məlum olub ki, onun oğlu Səid Ağabalayev 5 ildir narkotik vasitələrdən istifadə edir və narkotik bitkilərin demək olar ki, bütün növlərini tanıyır:

“Narkotik maddəni çoxdan əldən etmişdim. Rayondan 20-30 qram gətirmişdim, yavaş-yavaş istifadə edirdim. Xəstəliyimə görə 5 ildir istifadə edirəm”

Mütaliə etməyi sevən Səid Ağabalayev xarici ölkələrin birində təhsil alıb və bir neçə dövlətdə olub. O, istintaqa verdiyi ifadəsində villanın birinci mərtəbəsində əkdiyi narkotik xassəli bitkilərin toxumlarının xaricdən gətirildiyini deyib.

Onun Yasamal rayonunda yerləşən digər mənzilindən isə narkotik bitkilərin adları əks olunan kitablar aşkarlanıb. Buna rəğmən Səid Ağabalayev dibçəklərdə əkdiyi narkotik xassələri bitkilərə aqrotexniki qaydada kimin qulluq etdiyi açıqlamayıb. İstintaq çəkilişlərindən içərisi plantasiyaya çevrilmiş evin yüksək zövqlə inşa olunduğu görünür. Mənzilin 2-ci və 3-cü mərtəbəsinə keçmək ilk cəhddən mümkün olmayıb. Bunun üçün əməliyyatçılar kitab rəfini xatırladan mebelin orta qapısını açmalı olublar. Evin demək olar ki, hər küncü kameralarla təchiz olunub.

Səid Ağabalayevin sürücüsü və narkotik vasitələrin satışında kuryerlik edən Əliyev Əkrəm Malik oğlu bu evdə qeyri rəsmi münasibətdə olduğu qadınla yaşayıb. Evin təmizliyinə və yeməklərin hazırlanmasına adı istintaq tərəfindən açıqlanmayan qadın məsuliyyət daşıyıb. İlkin ehtimala görə, narkotik vasitələrin bir qisminin paylanmasına sürücü Əkrəm Əliyev nəzarət edib. Saxlanılan zaman onun üstündən də narkotik vasitə aşkar edilib. Əkrəm Əliyev üzərindən tapılan narkotik maddənin ona məxsus olmadığını deyir: “O mənim deyil... Çantamda qalmışdı... Toyda vermişdilər. Uzun müddət idi çantamda qalımışdı”

Qeyd edək ki, qeyri-adi plantasiyanın aşkarlanması əməliyyatını Yasamal Rayon 26-cı polis bölməsinin əməkdaşları həyata keçiriblər. Mənzilin birinci mərtəbəsində qapalı məkanda parkı xatırladan plantasiya aşkarlanıb. Dibçəklərdə əkilmiş narkotik xassəli bitkilər, laboratoriya qurğuları, təhlükəsizlik kameraları, sulayıcı və soyuducu cihazlar artıq ekspertizaya təhvil verilib.

Qeyd edək ki, plantasiyada hər bir dibçək üçün xüsusi istilik sistemi quraşdırılıb. Narkotik bitkilərin yetişdirilməsi xüsusi mexanizmlə həyata keçirilib. Gün ərzində 70 dərəcə temperaturu müntəzəm saxlayan qurğu bir neçə saatdan sonra qəflətən sönür və bitkilərə digər sistem vasitəsi ilə qəflətən soyuq hava vurulur. Nəticədə süni şeh yaranır və dibçəkdəki narkotik bitkilər nəzərdə tutulduğundan daha tez yetişir.

Artıq bu qeyri-adi plantasiya işi ilə bağlı daha 3 nəfər Yasamal Rayon Polis İdarəsinə çağırılıb və dindirilib. Dəstənin əhatə dairəsinin daha geniş olduğu istisna olunmur. Plantasiyanın sahibi Səid Ağabalayev və onun sürücüsü Əkrəm Əliyev artıq Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına aparılıb.

Araşdırmalar davam edir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *