Aquero İngiltərə çempionatı tarixində ən tez penta-triki rəsmiləşdirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, İdman, Futbol, Video

Aquero İngiltərə çempionatı tarixində ən tez penta-triki rəsmiləşdirdi – VİDEO

Aquero İngiltərə çempionatı tarixində ən tez penta-triki rəsmiləşdirdi


“Mançester Siti” İngiltərə Premyer Liqasının 8-ci turunda “Nyukasl Yunayted”i darmadağın edib.

Oxu.Az xəbər verir ki, Mançesterdə keçirilən oyun meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə bitib.

Argentinalı hücumçu Serxio Aquero 25 dəqiqədən az bir müddətə penta-trik rəsmiləşdirib — 42, 49, 50, 60 və 62-ci dəqiqələrdə. “Şəhərlilər”in heyətində daha bir dəfə Kevin de Bruyne fərqlənib.

“Nyukasl”ın heyətində isə yeganə qolu Aleksandr Mitroviç vurub.

İngiltərə. Premyer Liqa. 8-ci tur

“Mançester Siti” (Mançester) — “Nyukasl Yunayted” (Nyukas-apon-Taym) — 6:1

Qollar: Mitroviç, 18 (0:1); Aquero 42 (1:1); Aquero, 49 (2:1); Aquero, 50 (3:1); De Bruyne, 53 (4:1); Aquero, 60 (5:1); Aquero, 62 (6:1).

Qeyd edək ki, Aquero İngiltərə çempionatında bir oyunda beş qol vuran beşinci futbolçu oldu. Bundan əvvəl, Endi Koul, Alan Şirer, Cermen Defo və Dimitar Berbatov eyni uğura imza ata bilmişdirlər.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *