Romada mafiya liderini “xaç atası” kimi dəfn etdilər – VİDEO+FOTO
Romada yüzlərlə insan ən dəbdəbəli dəfn mərasimlərindən birinin şahidi olub.
Oxu.Az xəbər verir ki, İtaliyanın paytaxı Romada kriminal aləmdə nüfuzlu şəxs kimi tanınan Vittorio Kassamonikanın dəfn mərasimi keçirilib.
Onun cənazəsi olan tabutu üç atın yəhərləndiyi kral karetasında bütün şəhərdə gəzdiriblər. Cənazəni onlarla “Rolls-Roys”, “Mersedes” və “Yaquar” müşayiət edib. Orkestr “Xaç atası” filmindən saundtreki ifa edib.
“Siz Romanı fəth etdiniz, indi isə Cənnəti qazanacaqsınız”, - bu sözlər San-Covani Bosko kilsəsinin girişində iri plakatın üzərində yazılmışdı.
Tabutu katafalka yerləşdirən zaman kiçik qırmızı helikopterdən “səmanın göz yaşları”nın rəmzi olan qırmızı qızıl gül ləçəkləri tökülüb, 9Tv telekanalının saytı bildirib.
Kassamonika klanının qaraçıların törəmələri olduğu bildirilir. Onlar Romaya Adriatik dənizinin kənarında yerləşən kiçik Peskar şəhərindən 1970-ci illərdə gəliblər.
Polisin məlumatına əssən, bu indi ölkədə 1000-ə yaxın filialı və 90 milyon dollar sərvəti olan ən iri kriminal strukturdur. Klan yalnız narkotikləri Almaniya, İspaniya və Niderlanda satmaqla narkotik alveri etmir, həm də yerli seçkilərin nəticələrinə və siyasi sistemlərə təsir edir.
Mənbə:> Oxu.Az