Erməni nəvələrinə başsağlığı verildi
Türkiyə baş naziri Əhməd Davudoğlunun imzası ilə 1915-ci il hadisələri ilə bağlı açıqlama yayılıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə hökumətinin açıqlamasında bildirilir:
"Osmanlı imperiyasının son illərində əsrlərdir sülh və qardaşlıq içində bir arada yaşamış olan fərqli etnik və dini kökəndən çox Osmanlı vətəndaşı yaddaşlarımızda dərin izlər buraxan böyük acılar yaşadı. Birinci Dünya müharibəsi şərtlərində bu acıları yaşayan, fərqli etnik və dini kökənə mənsub millətlərin nəvələri olaraq yaşananları anlayır, həyatını itirən məsum Osmanlı ermənilərini hörmətlə anır, nəvələrinə başsağlığımızı diləyirik. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmaq Türkiyə üçün tarixi və insani bir görəvdir.
Bu mənada, bu il aprelin 24-də erməni patriarxlığında təşkil ediləcək dini mərasimlə Osmanlı erməniəri bürün dünyada olduğu kimi Türkiyədə də anılacaq".
Mənbə:> ANSPRESS