"Ortaq türk tarixi" dərsliyi hazırlanır, prezidentlər təsdiqləsə Azərbaycanda da tədris olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Tarix, Təhsil

"Ortaq türk tarixi" dərsliyi hazırlanır, prezidentlər təsdiqləsə Azərbaycanda da tədris olunacaq

"Ortaq türk tarixi" dərsliyi hazırlanır, prezidentlər təsdiqləsə Azərbaycanda da tədris olunacaq

"Ortaq türk tarixi" dərsliyi hazırlanır. 2018-ci ildə keçiriləcək Türkdilli Dövlət Başçılarının Zirvə Toplantısında prezidentlər tərəfindən təsdiqlənərsə türk dövlətlərində tədrisinə başlanılacaq”.

Virtualaz.org xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının (UTA) sədri Darhan Kıdırali, Anadolu Agentliyinə açıqlamasında bildirib.

UTA-nın 2017-ci ildəki fəaliyyəti və 2018-ci ildəki hədəfləri haqqında danışan D. Kıdıralı UNESCO çərçivəsində itməkdə olan türk dilləri ilə bağlı layihənin müvəffəqiyyətlə tamamladığını söyləyib. O, həmçinin qeyd edib ki, Sibir, Çin və digər ərazilərdə təhlükə altında olan türk dilləri qeydiyyata alınıb. 26 ölkədən 130 elm adamının üzərində çalışdığı 132 iş 4 cilddə birləşdirilib.

Son iki ildə Türk dünyasına aid çox əhəmiyyətli əsərlərin nəşr olunduğunu bildirən D. Kıdırali, Ortaq Türk Tarixi dərsliyi ilə bağlı layihənin də sentyabr ayında akademiyaya üzv dövlətlər tərəfindən qəbul edildiyini qeyd edib.

"Ortaq Türk Tarixi kitabı 2018-ci ildə keçiriləcək Türkdilli Ölkələrin Dövlət Başçılarının zirvə görüşündə prezidentlərin imzasıyla qəbul edilsə, Türk dünyasında dərs vəsaiti kimi istifadə olunacaq. Hazırda kitabdan Qazaxıstandakı bəzi xüsusi məktəblərdə dəsr vəsaiti kimi istifadə olunur", - deyə UTA sədri qeyd edib.



Kıdırali kitabın "prototürk" dövründən 15-ci əsrə qədər bütün əhəmiyyətli hadisələri ehtiva etdiyini dilə gətirərək bildirib ki, bu kitabda bizim ortaq şəxsiyyətlərimiz, hadisələrimiz, dövlətlərimiz, dəyərlərimiz hər kəs tərəfindən qəbul edilən həqiqətlər, elmi prinsiplərlə, kimsənin etirazı olmayacaq şəkildə ifadə olunub.

Hazırlanacaq ikinci tarix dərs kitabının da 15-ci əsrdən bu günə qədər Türk dünyasının əhəmiyyətli hadisələrini özündə əks etdirəcəyini deyən Kıdırali, ayrıca hazırlanan ortaq ədəbiyyat və coğrafiya kitab proqramlarının da üzv ölkələrə təqdim edildiyini qeyd etdi: "Ortaq Türk Coğrafyası dərs kitabının layihəsi hazır vəziyyətdədir və üzv ölkələrə göndərmişik. Təkliflərini gözləyirik. Ortaq coğrafiya da bizim üçün əhəmiyyətlidir. Çünki tarix şüur qədər coğrafi şüur də bizim qardaş xalqları birləşdirəcək".

UTA sədri həmçinin bildirib ki, dövlət başçılarının bu sənədləri imzalamalarından sonra Qırğızıstan, Azərbaycan və Türkiyədən olan elm adamları Beynəlxalq Türk Akademiyasında işləmək imkanı qazanacaqlar.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 dekabr 2017 07:14
  • Yazan: amy
Gertrude Jekyll | The Official Website of the Jekyll Estate! Best replica Panerai orologi replica italia,Swiss grade quality replica Panerai watches; Replica Watches UK, Copy Rolex orologi replica audemars piguet - Fake Watch Sky! hosting a two-day watch event in New York City on October 23rd .! Paul Asmod's Wildlife Preservation Solutions | Advice in situations?

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *