Kinoteatra silahlı basqın, 3 ölü – FOTO
ABŞ-da növbəti qanlı hücum törədilib. ANS PRESS-in məlumatına görə, bu dəfə kinoteatra silahlı hücum olub.
Hadisə Luiziana ştatında qeydə alınıb. Hadisə Lafayette şəhərindəki "Grand 16" kinoteatrında "Trainwreck" filminin nümayişi zamanı olub.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
"France Press" agnetliyinin məlumatına görə, kinoteatrı qana bulayan şəxs bir kişi olub. 58 yaşlı insanara atəş açdıqdan sonra özünü silahla vurub.
Şəhərin polis şefi Jim Craft hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında yaralılar arasında vəziyyəti kritik olanların olduğunu deyib. Buna görə ölü sayının artacağı istisna edilmir.
Hadisəyə nəyin səbəb oduğu hələlik bəlli deyil.
Hadisə yerindən ilk foto
Qeyd edək ki, bu ABŞ-da törədilən ilk hadisə deyil. Artıq Amerikada silahlı hücumlar törədərək insanların öldürülməsi və yaralanması intensiv hal alıb. Son hadisə bir neçə gün öncə qeydə alınmışdı. Tennessi ştatında hərbi obyektə hücum 4 nəfərin ölümü ilə nəticələnmişdi.
Bundan başqa ölkədə müntəzəm olaraq məktəblər, universitetlərdə və ya mağazalarda silahlı basqınlar törədilir. Müxtəlif zamanlarda bu ölkədə məktəbə, xəstəxanaya
kollecə basqınlar olub.
Mənbə:> ANSPRESS