“Telemexanika” zavodundakı partlayışda yaralanan 3 nəfər Bakıya gətirilib
Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Telemexanika” zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan 3 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Respublika Yanıq Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, bunlar 1961-cı il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı, 1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə Kamal qızı və 1971-ci il təvəllüdlü Səttarova Xatirə İnşallah qızıdır.
Mərkəzdən onu da bildiriblər ki, yaralıların hamısı reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti ağır olaraq qalır.
Mənbə:> Oxu.Az