Təyyarədə zarafatlaşmaq baha başa gəldi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Təyyarədə zarafatlaşmaq baha başa gəldi

Təyyarədə zarafatlaşmaq baha başa gəldi


Türkiyədə İstanbul – Brüssel reysi ilə hərəkət etməyə hazırlaşan təyyarədə iki dostun zarafatlaşması polis bölməsində baş çatıb. ANS PRESS-in məlumatına görə, “Türk Hava Yolları”na (THY) aid təyyarə yerli vaxtla 19.15-də Brüsselə hərəkət etməyə hazırlaşarkən türkiyəli 2 sərnişin öz aralarında, təyyarədə bomba var – deyərək zarafat ediblər. Bunu eşidən stüardessa eşitdikləri barədə pilota məlumat verib. Pilot isə polis çağıraraq təyyarədə bomba axtarışı tələb edib. Polisin gəlməsi ilə 128 sərnişin təxliyyə olunub və təyyarədə axtarış aparılıb. Heç bir təhlükəli əşya tapılmayan təyyarə 2 saat 7 dəqiqəlik gecikmə ilə Brüsselə yola düşüb. İfadələri alınmaq üçün polis bölməsinə aparılan 2 sərnişin isə azadlığa buraxılsalar da təyyarəyə çatmayıblar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *