Euronews: Bakı “F-1”-in birinci mərhələsinə hazırlaşır » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, İdman

Euronews: Bakı “F-1”-in birinci mərhələsinə hazırlaşır

Euronews: Bakı “F-1”-in birinci mərhələsinə hazırlaşır

“Yarış uik-endi gecə ola bilər”.

Gələn mövsümdə “Formula-1” yarışlarının biri Bakı küçələrində keçiriləcək və ola bilər ki, yarış uik-endi gecə baş tutsun.

Oxu.Az Euronews-a istinadən xəbər verir ki, təşkilatçıların sözlərinə görə, Bakıya 10 min xarici avtoidman həvəskarı gələcək.

Azərbaycan hökuməti layihədə fəal iştirak etməyi və gənc pilotları dəstəkləməyi planlayır. Ölkə rəhbərliyi gələcəkdə “kral” mükafatlarında milli komandanın olacağına ümid edir. Çingiz Mehdiyev Qran-Pri Bakı əməliyyat şöbəsinin rəhbəridir:

“Düşünürəm ki, qarşıdan gələn yarışlar fantastik olacaq. Bolidalar sahil boyu və şəhərin UNESCO-nun Dünya irs siyahısına düşmüş köhnə hissəsindən keçəcəklər. Yol çətindir: kəskin döngələr, yoxuşlar və enişlərlədir. Yarışçıları çoxsaylı sürprizlər gözləyir”.

“Formula-1” promouteri Berni Ekklstoun ilə yarışmanın keçirilməsinə dair müqavilənin hansı məbləğə başa gəldiyini təşkilatçılar dəqiqləşdirmirlər. Amma Azərbaycan paytaxtında debüt Qran-Pri üçün xərclərin 80 milyon dollara yaxın olacağı bəllidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *