Novruz Məmmədov: “Euronews” qərəzsiz olduğunu göstərə bilmədi
Euronews televiziya kanalı qərəzsiz media orqanı olduğunu göstərə bilmədi.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” hesabında yazıb.
“Avropa ölkələrinin idmançılarının iştirak etdiyi möhtəşəm açılış mərasiminə ayırdığı vaxt Euronews-un mahiyyətini ortaya qoydu. Amma bu kanal 2 “gey”in evlənməsi xəbərini 1 həftə saatda 4 dəfə göstərməyi vacib hesab edir”, - o qeyd edib.
Mənbə:> Oxu.Az