"Bakı-2015"-in bu hakimini fitə basdılar
Bakıda keçirilən Avropa Oyunları çərçivəsində bu gün Milli Gimnastika Arenasında idmançıların çıxışını izləməyə gəlmiş tamaşaçılar Avropa Gimnastika İttifaqının Bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Brunederi fitə basıblar.
"Trend"in məlumatına görə, tamaşaçılar H.Brunederi medalların təqdim olunması mərasimi zamanı fitə basıblar.
Bununla tamaşaçılar Azərbaycan gimnastı Marina Durundanın çıxışı ilə bağlı qeyri-obyektiv hakimliyə etirazlarını bildiriblər.
Mənbə:> Trend