Oleq Stepkoya gümüş medalı Mehriban Əliyeva təqdim etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Gimnastika

Oleq Stepkoya gümüş medalı Mehriban Əliyeva təqdim etdi

Oleq Stepkoya gümüş medalı Mehriban Əliyeva təqdim etdi


Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana 31-ci medalı Oleq Stepko qazandırıb.

AzNews.info Apasport.az-a istinadən məlumatına görə, komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə isə gümüş medal qazanan təmsilçimiz 3-cü mükafatını əldə edib.

Bu gün 4 müxtəlif hərəkətdə - gimnastika atı, həlqələr, dayaqla tullanma və paralel qollarda qüvvəsini sınayan Stepko gimnastika atında hərəkətlərdə 14,600 xalla 2-ci olub.

Stepkonun uğurlu çıxışını Azərbaycan Prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da tribunadan izləyib.

Fəxri kürsüyə qalxan Stepkoya gümüş medalı ölkənin birinci xanımı, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edib.

Qeyd edək ki, gimnastımız digər 3 hərəkətdə çıxışını davam etdirir.

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *