Fonoqram oxuyan müğənniləri fitə basdılar
Türkiyəli məşhur müğənnilər Avropa izləyiciləri qarşısında özlərini biabır edib.
ANS PRESS-in məlumatına görə, İsveçrədəki restoranlardan birində canlı ifa üçün dəvət olunun türkiyəli sənətçilərdən Kibariyə ilə Mustafa Ceceli dinləyicilərin etirazı ilə qarşılanıb.
Buna səbəb isə sənətçilərin çıxış üçün gəldiyi səhnədə mahnıları fonoqram ifa etməsi olub. Halbuki, adı çəkilən müğənnilərin orada səhnə almaq üçün astronomik məbləğdə razılıq əldə etdikləri bildirilir.
Mustafa Ceceli özünü müdafiə etmək üçün afişalarda canlı ifa yazılmadığını deyib. Ondan sonra səhnəyə çıxan Kibariyə vəziyyəti yumşaltmaq üçün yarı fonoqram, yarı canlı ifa etməli olub.
Mənbə:> ANSPRESS