Sürücü Avstriyada 37 piyadanı vurdu: 3 ölü, 34 yaralı – VİDEO
Avstriyada avtomobili idarə edən sürücü 40 nəfərə yaxın insanı vurub. İndi hamını bir sual maraqlandırır, bu qəzadır, yoxsa terror aktı?
ANS TV-nin məlumatına görə, Avstriyada dövlət meydanında maşını insanların üstünə qəsdən sürən sürücü 3 nəfəri öldürüb, 34-ünü yaralayıb.
Hadisəni görən şahidlər məlumat verib ki, qəzanı törədən sürücü piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yolda maşını saatda 100 km sürətlə idarə edib.
Dayanacaqdakı maşınları vurduqdan sonra o, nəqliyyat vasitəsini velosipedlərin üzərinə sürüb.
İnsidentin baş verdiyi əraziyə 60 təcili yardım maşını gəlib və bəzi qurbanların xəstəxanaya təxliyyə olunması üçün 4 helikopterdən istifadə olunub.
Avtomobili ilə cinayət törətmiş şəxs isə saxlanılıb. İlkin istintaq araşdırmaları nəticəsində məlum olub ki, 26 yaşlı sürücünün rühi əsəb pozuntuları var.
Polis hücumun motivlərini araşdırır. Terror aktı versiyası istisna olunmur.
Faciənin yaşandığı meydanın yaxınlığında “Formula 1” yarışı üzrə Avstriya Qran-Prisi keçirilib.
Mənbə:> ANSPRESS