İtən təyyarədən xəbər var
Rusiyanın Krasnoyarsk ərazisində içərisində 9 sərnişinlə itən “An-2” təyyarəsi barədə yeni məlumat yayılıb.
ANS PRESS-in məlumatına görə, Krasnoyarsk ərazisində itdiyi vurğulanan “An-2” təyyarəsinin sərnişinləri və ekipaj üzvləri sağ-salamatdır. Bu barədə TASS xəbər agentliyi bildirir.
“Hazırda özəl aviaşirkətlərdən birinə məxsus An-2 təyyarəsindəki insanların təxliyyəsi aparılır. Hadisənin təffərrüatları daha sonra məlum olacaq”, – deyə FHN-in açıqlamasında bildirilir.
Xatırladaq ki, təyyarə ötən gün Moskva vaxtı ilə 16:00-dan etibarən yoxa çıxmışdı. Təyyarənin tapılması üçün operativ qərargah yaradılmış və axtarış əməliyyatına 90 nəfərdən çox xilasedici cəlb olunmuşdu.
Mənbə:> ANSPRESS