Rusiyada təyyarə yoxa çıxdı
Rusiyanın Krasnoyarsk ərazisində içərisində 9 sərnişin olan “An-2” təyarəsi yoxa çıxıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar nazirliyinin regional idarəsinin rəsmi saytında xəbər yayılıb.
“Özəl aviaşirkətlərdən birinə məxsus An-2 təyyarəsi ilə əlaqə kəsilib. İtmiş təyyarənin Kejemski rayonu ərazisində yoxa çıxdığı güman edilir. Axtarış işləri aparılır”, – deyə FHN-in açıqlamasında bildirilir.
Təyyarə ötən gün Moskva vaxtı ilə 16:00-dan etibarən yoxa çıxıb. Təyyarənin tapılması üçün operatib qərargah yaradılıb, Mi-8 vertolyotunun köməyi ilə axtarışlar davam etdirilir.
Axtarış əməliyyatına 90 nəfərdən çox xilasedici cəlb olunub.
Mənbə:> ANSPRESS