Roma papası pedofiliyaya görə bir sıra işçiləri işdən çıxardı
Roma papası Fransisk bir sıra işçiləri tutduqları vəzifədən azad etmə barəsində sərəncam verib, bu, keşişlər arasında pedofiliya ilə əlaqədardır.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Associated Press bildirib.
Amerika Sent-Polu və Minnea polisinin arxiyepiskopu, eləcə də onun müavini işdən çıxarılıb, onlar daha öncə iki oğlana qarşı yolverilməz davranışlarına görə ittiham edilərək təqsirli bilinmişdilər.
Bundan başqa, Vatikan Dominikan respublikasında öz keçmiş səfirini də vəzifəsindən uzaqlaşdırıb – o, seksual cinayət üzrə ittiham prosesində adı keçən katolik keşişləri arasında ən yüksək çin idi.
Bu, pontifikin kilsədə pedofiliyaya qarşı yönəlmiş bir sıra qərarlarıdır. Vatikanın mövqeyinə müvafiq olaraq, kilsədə pedofiliyanın təzahürünə cavabdeh olan bütün klirklər işdən uzaqlaşdırılmalıdır.
Mənbə:> Oxu.Az