Dəhşətli qəza: “BMW” yolun kənarında dayanan 8 piyadanı vurdu » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Dəhşətli qəza: “BMW” yolun kənarında dayanan 8 piyadanı vurdu

Dəhşətli qəza: “BMW” yolun kənarında dayanan 8 piyadanı vurdu


Füzuli rayonunda dəhşətli yol qəzası baş verib.

AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndinin 4 yol deyilən ərazisində qeydə alınıb.

“BMW” markalı maşın yolun kənarında dayanan 8 şəxsi vurub. Onlardan bir nəfəri hadisə yerindəcə keçinib. Digər 7 şəxs isə rayon xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağır qiymətləndirilir.

Vurulan şəxslərin hamısının eyni sinfi bitirmiş, 24-25 yaşlarında gənc oğlanlar olduğu deyilir. Onlar rayonun Araz Dilağarda kənd sakinləridir.

Hələ ki, ölən və yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşməyib. Polis hadisə yerində araşdırma aparır.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *