Bakıda polis kapitanını AA seriyalı maşın vurdu
Bakıda polisin vurulması ilə nəticələnən yol qəzası baş verib.
AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeydə alınıb.
Qəzanı törədən avtomobil isə Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən Rezervuar və Metal Konstruksiya MMC-yə məxsus olub.
Sürücü Mitsubishi markalı 50 AA 547 nömrəli avtomobillə xidmətdə olan 17-ci Polis Bölməsinin polis kapitanı 1965-ci il təvəllüdlü Kamal Əliyevi vurub. Polis kapitanı kəllə beyin travması xəsarəti ilə DİN-in Hospitalına yerləşdirilib.
Mənbə:> Qafqazinfo.az