400 nəfərin sonuna çatan gəmi götürülür
Çinin mərkəzində xilasedicilər Yanszi çayında devrilmiş gəmini qaldırmağa başlayıb.
ANS PRESS-in məlumatına görə, rəsmilər gəmidə artıq heç kimin sağ qalmadığı qənaətinə gəlib.
Bazar ertəsi pis hava şəraiti səbəbindən batan gəmidən yalnız 14 nəfər xilas edilib. Ölənlərin sayı 97-yə çatıb. Əksəriyyəti yaşlı insanlar olan 300-dən çox sərnişin isə itkin düşüb.
Nəqliyyat Nazirliyinin sözçüsü Hi Tsenqquanq müxbirlərə deyib ki, cəsədlərin axtarışına başlamaq üçün gəmi tam qaldırılmalıdır.
Ölənlərin sayının artacağı və bu insidentin son bir neçə onillikdə Çinin ən ölümçül gəmi qəzasına çevriləcəyi ehtimal edilir.
Mənbə:> ANSPRESS