Bayraq Meydanının keçmiş rəisi: “Mən erməni deyiləm” » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Bayraq Meydanının keçmiş rəisi: “Mən erməni deyiləm”

Bayraq Meydanının keçmiş rəisi: “Mən erməni deyiləm”


Elçin Behbudovun virtualaz.org-a verdiyi məlumata görə, görüş Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında keçirilib.

“Təcridxanada saxlanılan 1971-ci i təvəllüdlü Rəşad Rəfael oğlu Məmmədovla görüşdüm. Görüş zamanı onun saxlanma şəraitilə tanış oldum. Saxlanılan bildirdi ki, ona qarşı heç bir zorakılıq və təzyiq olunmur. O, istintaqın gedişatından narazı olmadığını da qeyd etdi”, - deyə Elçin Behbudov bildirib.

Hüquq müdafiəçisi bildirib ki, Rəşad Məmmədov söhbət zamanı ermənilərlə qohumluğu barədə deyilənləri təkzib edib: “Dedi ki, barəsində deyilənlər yalandır, onun heç bir erməni qohumu yoxdur”.

Qeyd edək ki, Bayraq Meydanının keçmiş rəisi əvvəlcə işdən çıxarılıb, sonra isə həbs olunub. R.Məmmədova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi başlanıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *