Azərbaycanda 46 yaşlı kişi 54 nəfəri zorladı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Azərbaycanda 46 yaşlı kişi 54 nəfəri zorladı

Azərbaycanda 46 yaşlı kişi 54 nəfəri zorladı

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Bəhmən İmanov Zərdab, Ağcabədi, Beyləqan, Horadiz, İmişli, Saatlı, Sabirabad rayon polis şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

AZXEBER.COM xəbər verir ki, E.Behbudovun APA-ya verdiyi məlumata görə, monitorinq zamanı ciddi nöqsanla qarşılaşmayıblar:

“Monitorinq zamanı qeyri-insani rəftar, işgəncə, saxlanma şəraiti ilə bağlı bizə müraciət edən olmadı. Bütün polis şöbələrində saxlanma yerləri televizor və şəhər telefonları ilə təmin olunub. Füzulidə olarkən icra başçısı Alı Alıyev də bizi qəbul etdi. Şəhərdə aparılan abadlıq, quruculuq işlərindən, insan hüquq və azadlıqlarından söhbət etdik. Orada olan bir neçə hərbi hissəyə baş çəkdik. Hərbi hissələrdə şərait yüksək səviyyədədir.

Mən müdafiə naziri Zakir Həsənovla görüşəndə bildirmişdim ki, bəzən hərbçilər adi bir məsələyə görə həbs olunurlar. Bu cür xətalar yaxşı olar ki, başqa cəza növü ilə cəzalandırılsın. O da mənə söz vermişdi ki, bunun qarşısı alınacaq. Bu gün keçirilən monitorinq zamanı bu məsələ ilə də maraqlandıq. Məlum oldu ki, hərbiçilərin həbslə cəzalandırılması, hər yüngül cəzaya görə həbsə göndərilməsi kimi hallar artıq baş vermir ” .

E.Behbudov Ağcabədi Polis Şöbəsində olarkən bir nəfər təqsirləndirilən şəxslə görüşdüklərini də bildirib:

“1968-ci il təvəllüdlü Gülmalıyev Əli Gülmalı oğlu ilə görüşdük. Həmin şəxs Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətlər etmə) maddəsinə əsasən təqsirləndirilir. Həmin şəxs 54 nəfəri zorlamaqda günahlandırılır. Onlardan səkkizi azyaşlı oğlan uşaqları, qalanları isə gənclərdir. Özünü bir neçə epizod üzrə təqsirli bilir”.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *