DİN: “Nizami Piriyev döyülməyib” » AzNews.info -Xəbər portalı

DİN: “Nizami Piriyev döyülməyib”

DİN: “Nizami Piriyev döyülməyib”


“Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə qaldırılmış cinayət işi üzrə təqsirli bilinərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Nizami Piriyevin müvəqqəti saxlama yerində (MSY) guya döyülməsi və işgəncəyə məruz qalması barədə yayılan məlumatların heç bir əsası yoxdur”.

Bunu virtualaz.org saytına açıqlamasında DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.

Rəis müqavini bu məlumatı “məqsədli şəkildə uydurularaq mətbuata göndərilən” xəbər adlandırıb və onu təkzib edib: “DİN-in tabeliyində olan bütün MSY-də, o cümlədən BMCMİ-in nəzdindəki MSY-də saxlanılan şəxslər üçün müasir dünya standartlarına tam cavab verən şərait mövcuddur. Rəhbərliyin birbaşa nəzarətində olan saxlama yerlərində hər hansı qanunsuz hərəkətin törədilməsi mümkünsüzdür. Orada saxlanılan hər bir təqsirləndirilən şəxs, o cümlədən Nizani Piriyev qanuna uyğun olaraq vəkillə təmin olunur. Bundan başqa, istər yerli, istərsə də beynəlxalq hüquq-müdafiə təşkilatlarının nümayəndələri müvəqqəti saxlama yerlərində mütəmadi olaraq monitorinqlər keçirirlər və hər dəfə də onlar öz hesabatlarında müsbət rəylərini qeyd ediblər”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *