Dubaylı DJ azərbaycanlı müğənninin mahnısını oğurladı – VİDEO
Azərbaycanlı müğənninin mahnısı dubaylı musiqiçi tərəfindən oğurlanıb.
ANS PRESS-in məlumatına görə, gənc müğənni Rauf Əhmədovun ötən ilin dekabr ayında çıxardığı “-40°” adlı mahnısı dubaylı DJ Drinç tərəfindən istifadə edilib. Bu barədə “1news.az” xəbər yayıb.
Xəbərdə bildirilir ki, populyar mahnı 2014-cü ilin dekabrında təqdim olunub və dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Xüsusilə sosial şəbəkə istifadəçiləri arasında müsbət rezonans doğuran mahnılardan olub.
Söz və musiqisi Nicat Məlikova aid olan mahnının musiqisini dubaylı DJ “Love in Dubai” trekində istifadə edib. Müəllif kimi isə Valdrin Abazi adlı şəxs qeyd olunub. Daha sonra o, bu ilin fevralında trekin təqdimatını keçirib.
Sözügedən mahnı təkcə bir “Youtube” kanalında qısa müddət ərzində 315 min baxış sayı toplayıb.
Müqayisə üçün hər iki kompozisiyanı təqdim edirik:
Mənbə:> ANSPRESS