Dünyanı dolaşan səyyahı Türkiyədə maşın vurdu
Velosipedlə dünya səyahətinə çıxan fransız Türkiyədə avtomobil qəzasında ölüb.
Musavat.com-un məlumatına görə, hadisə Muğla vilayətinin Marmaris rayonunda baş verib. Bundan əvvəl 40 ölkə gəzən 59 yaşlı səyyah Kristian Cin Aqusti Niaffe səyahətinə Türkiyədə davam edirmiş. Velosipedi ilə Marmaris rayonunun mərkəzinə doğru hərəkət edən səyyahı avtomobil vurub.
Ağır yaralı səyyah dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Fransada yaşayan səyyah daha 16 ölkəni səyahət etmək istədiyini bildirmişdi.
Mənbə:> Bizimyol.info