Maştağada piyadanı maşınla vuran sürücü qaçdı
Gecə Sabunçu rayonunda qeydə alınan hadisə zamanı 58 yaşlı kişi piyadanı maşın vurub. Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Hadisə zamanı 1957-ci il təəvəllüdlü Səmədov Nizami Barat oğlu naməlum avtomobil tərəfindən vurulub. Yaralı hadisə şahidləri tərəfindən ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər Nizami Səmədovun vəziyyətinin ağır olduğunu bildiriblər.
Piyadanı vuran sürücü isə ona heç bir köməklik etmədən hadisə yerindən yayınıb. Qəza ilə bağlı Sabunçu rayon polis idarəsində araşdırma aparılır. Piyadanı vurub hadisə yerindən qaçan şəxsin axtarışları davam etdirilir.
Mənbə:> ANSPRESS