Əsrin döyüşündə qalmaqal – VİDEO
Ötən həftə Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan əsrin boks qarşılaşması ətrafında gedən söz-söhbətlər səngimək bilmir.
ANS PRESS-nin məlumatına görə, tarixin ən bahalı boks qarşılaşması, Menni Pakyao və Floyd Meyuezer arasında baş tutan döyüşdə məğlub olan filippinli idmançının çiynində zədə olduğu və bunu səhiyyə nümayəndələrindən gizlədiyi bildirilir.
12 raundluq matçdan məğlub ayrılan Pakyaonun səhhəti ilə bağlı yanlış məlumat verməsi səbəbilə cəza ala biləcəyi qeyd edilir. Məsələ ilə bağlı açıqlama verən Nevada Atletizm Komissiyası rəhbəri Frasisko Aquliyar filippinli boksyorun niyə belə bir addım atdığını və məsələnin komissiyada müzakirəyə çıxarıldığını vurğulayıb.
Bundan başqa, Pakyaonun lisenziyasının da ləğv ediləcəyi iddia olunur. Onun menecerinin sözlərinə əsasən, boksçunun zədəsi ilə bağlı ABŞ Anti Doppinq Agentliyi xəbər verib.
Xatırladaq ki, üç dünya çempionu titulu oynanıldığı əsrin döyüşündə amerikalının qonorarı 150 milyon dollar, Fillipin boksçusunun qonorarı isə 100 milyon dollar həcmində müəyyənləşmişdi.
Mənbə:> ANSPRESS