Ağ ayı zooparka cütləşmək üçün yeni gətirilmiş rəfiqəsini öldürdü
Rusiyanın İjevsk şəhərinin zooparkında Balu ləqəbli ağ ayı cütləşmək üçün gətirilən dişi həmcinsi Avroranı parçalayıb.
“Mash” Telegram kanalının məlumatına görə, bu barədə zooparkın müdiri Andrey Qorban özünün “Facebook” hesabından bildirib.
Onun sözlərinə görə, Balu və Avroranın ilk görüşü iki həftə əvvəl baş tutub. Bu zaman hər şey normal olub. Lakin ikinci görüş yaxşı bitməyib. Nahardan sonra Balu Avroranın üstünə cumub. Zoopark işçiləri nə baş verdiyini anlamayıblar. Onlar su və yuxu dərmanı ilə heyvanı sakitləşdirməyə çalışsalar da, artıq gec olub. Balu artıq ölmüş Avroranın yanına yıxılıb.
Andrey Qorbanın sözlərinə görə bu, zooparklar tarixində ilk belə hadisədir.
"Невыносимо тяжело сообщать трагические новости. Нашей Авроры больше нет. Буквально позавчера мы радовались, что наши белые гиганты обрели друг друга, полюбили, надеялись на потомство. Ведь для маленьких медвежат уже строят просторные вольеры в «Роевом Ручье». Но внезапный конфликт перечеркнул наши надежды. Прости нас, мы хотели тебе только счастья. А осталась одна пустота."
Mənbə:> Oxu.Az