Ermənilər 6 dinc sakini öldürdü
Aprel ayı ərzində erməni silahlı qüvvələrinin kəndlərimizi artilleriya və iriçaplı silahlarla atəşə tutması nəticəsində 6 mülki şəxs həlak olub, 26 nəfər isə yaralanıb.
Axar.az xəbər verir ki, bu statistika Prezident İlham Əliyevin bu gün verdiyi sərəncamda əksini tapıb. Ağdam və Tərtər rayonlarında bu müddət ərzində ümumilikdə 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ziyan dəyib, 100-dən artıq ev isə tamamilə dağılıb.
Ermənilər həmçinin ötən ay Tərtərin mərkəzində pambıq zavodunu artilleriya ilə atəşə tutub, Ağdamın Əfətli kəndində fermer təsərrüfatında isə onlarla iribuybuzlu heyvanı öldürüb, 30-a yaxın heyvanı isə yaralayıblar.
Mənbə:> Axar.az