Ermənilər Tərtəri “Qrad”dan atəşə tutub » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Ermənilər Tərtəri “Qrad”dan atəşə tutub

Ermənilər Tərtəri “Qrad”dan atəşə tutub


Ermənistan ordusu ötən gecə saat 01:00 radələrindən başlayaraq qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ağır artilleriyadan atəşə tutub.

AzNews.info xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşindən sonra erməni birləşmələri bu dəfə Tərtərin yaşayış məntəqələrini hədəf alıb.

Yaşayış məntəqələri ağır artilleriya ilə yanaşı, tanklar və “Qrad” qurğusundan atəşə tutulub.

Gərginlik səhər saat 05:00 radələrinədək davam edib. Tərtər rayon İcra Hakimiyyətindən bildiriblər ki, 6 yaşayış məntəqəsində 17 fərdi ev və həyətə mərmi düşüb. Mülki əhalidən xəsarət alan olmayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *