İstanbulda iki azərbaycanlı ailəsi arasında qanlı ədavət: bir neçə qətl
İstanbul polisi ötən il baş verən cinayət hadisəsini araşdıran zaman maraqlı detalları üzə çıxarıb.
“Sabah” qəzeti xəbər verir ki, 2018-ci il avqustun 8-də yerli vaxtla 10:30-da Qaziosmanpaşa Hürriyyət məhəlləsində azərbaycanlı Gəncəli Əliyev qətlə yetirilib.
Şübhəli həmin vaxt hadisə yerindən qaçmağa nail olub.
Aparılan araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı azərbaycanlı Sahib M. övladını xəstəxanaya apararkən saxlanılıb. Sahib M.-dən başqa onun yanında olan azərbaycanlılar-39 yaşlı Turan M. və Rişal H. da yaxalanıblar.
Məlum olub ki, cinayətin törədildiyi məhəllədə bir müddətdir azərbaycanlılar arasında silahlı insidentlər yaşanır.
Belə ki, 2015-ci il dekabrın 9-u, yerli vaxtla saat 23:30-da Sultanqazi 50-ci İl məhəlləsində Sahib M.-nin böyük qardaşı Ramil M. şəxsi ədavət zəminində Natiq G. və atası Yapon G.-ni qətlə yetirib.
2015-ci il yanvarın 15-də Sahib M. iki dostu ilə birlikdə qardaşının qətlində şübhəli bildiyi Misirxan Əliyevi Qaziosmanpaşada güllələyərək öldürüb.
Elə həmin il avqustun 8-də Sahib M. o məhəllədə Gəncəli Əliyevi qətlə yetirib.
Avqustun 22-də isə Sahib M.-in qohumu olduğu deyilən Ramil Məmmədov öldürülüb. Bu hadisədə təqsirli bilinən Asif A. saxlanılıb.
Oktyabrın 7-də Qaziosmanpaşada Ruhil Ağayev Sahib M.-in qohumları Qasım M. və onun qardaşı Mübariz M. tərəfindən qətlə yetirilib.
Dindirilmə zamanı Sahib M. ona qarşı irəli sürülən ittihamı qəbul etməyib. O, həbs olunub. Onunla birlikdə saxlanılan Turan M. və Rişal H. azadlığa buraxılıb.
Mənbə:> Virtualaz.org