Tofiq Bəhramov adına stadionun damı uçdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Tofiq Bəhramov adına stadionun damı uçdu

Tofiq Bəhramov adına stadionun damı uçdu

Tofiq Bəhramov adına Respublika Stadionunun damı uçub.

Arenanın direktoru Şamil Quliyev oxu.az-a faktı təsdiqləyib: “Güclü külək zamanı dam örtüyü qopub. Bu stadionun təmiri ilə 2012-ci ildə cənubi koreyalı mütəxəssislər məşğul olublar. Onları yenidən bura dəvət etdik ki, öz məsləhətlərini, rəylərini versinlər. Çünki materiallar xaricdən gətirilib. Örtüyün bərpası ilə yerli mütəxəssislər məşğul olacaq. Bərpa prosesi uzağı bir həftə çəkəcək. 650 dərəcə temperaturda həmin örtük xüsusi texnologiya vasitəsilə yapışdırılacaq.

Həmin yerlər yamaq kimi görünməyəcək. Çünki örtükdə cırılma yoxdur, sadəcə qopub. Əmin edə bilərəm ki, bu yer daha qopmayacaq”.

Qeyd edək ki, stadionda fevralın 3-də Azərbaycan Premyer Liqasının “Qarabağ” – “Neftçi” görüşü keçiriləcək. XV turun görüşü saat 18:30-da başlayacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *