Tofiq Bəhramov stadionunun direktoru işdən çıxdı
Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Akif İsmayılov istefa verib.
Bu barədə Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, Akif İsmayılov öz istəyi ilə işdən uzaqlaşdırılıb. Nazirlik rəsmisi qeyd edib ki, onun yerinə kimin gətiriləcəyi hələ bilinmir
Qeyd edək ki, Akif İsmayılov respublika stadionunun direktoru vəzifəsində 16 ilədək çalışıb. O, 1999-cu il sentyabrın 3-də Azərbaycan və Portuqaliya milliləri arasında keçirilmiş AVRO-2004-ün seçmə qrup matçının fasiləsində arenanın işıqlarının sönməsindən sonra iistefaya göndərilmiş Oğuzun hazırkı icra başçısı Eyvaz Babayevi əvəzləyib.
Mənbə:> Oxu.Az