İtkin düşən futbolçunun axtarışları dayandırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Futbol

İtkin düşən futbolçunun axtarışları dayandırıldı

İtkin düşən futbolçunun axtarışları dayandırıldı

İngiltərənin "Kardiff Siti” klubunun yeni futbolçusu Emiliano Salanın da olduğu təyyarənin axtarışları dayandırılıb. Bu barədə Qernsi adasının polis bölməsinin “Twitter” səhifəsində bildirilib.

Polisin bəyanatında təyyarədəki insanların həyatda qalma ehtimalının az olduğu vurğulanıb: "Biz bütün mümkün məlumatları təhlil etmişik. Axtarışları dayandırmaq çox çətin qərar idi. Axtarış sahəsi 1.700 kvadrat mil təşkil edib. Araşdırmaya 3 təyyarə, 5vertolyot, 2 xilasetmə gəmisi və digər gəmilər, həmçinin balıqçı gəmiləri də cəlb edilmişdi".

Qeyd edək ki, Fransanın “Nant” klubundan “Kardiff Siti”yə keçən Emiliano Sala yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radardan itib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *