Küləyin fəsadları: Ələt-Astara yolunda TIR, Lökbatanda darvaza aşdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Küləyin fəsadları: Ələt-Astara yolunda TIR, Lökbatanda darvaza aşdı – YENİLƏNİB

Küləyin fəsadları: Ələt-Astara yolunda TIR, Lökbatanda darvaza aşdı

Hava şəraitinin kəskin pisləşməsi nəticəsində Ələt-Astara yolunda ağır tonnajlı yük maşını (TIR) aşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, nəticədə maşının sürücüsü olan Türkiyə vətəndaşı xəsarət alıb. Yaralı Klinik Tibbi Mərkəzə gətirilib, ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Lökbatan qəsəbəsində isə qarajın darvazası güclü küləyə tab gətirməyərək yaxınlıqdakı kişinin üstünə aşıb. Nəticədə kişi döş qəfəsindən xəsarət alıb.

Külək Suraxanıda da fəsada səbəb olub. Belə ki, külək nəticəsində yıxılmış kişinin başı yarılıb və o, təcili yardımla Sabunçu rayon 3 saylı xəstəxanaya aparılıb.

* * *16:32

Ələt-Astara yolunda ağır tonnajlı iki yük maşını (TIR) aşıb. Bu barədə hadisə şahidləri məlumat veriblər.

Hadisə zamanı ciddi xəsarət alan olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, bu gün ölkə ərazisində güclü külək müşahidə olunur.

Küləyin fəsadları: Ələt-Astara yolunda TIR, Lökbatanda darvaza aşdı
Küləyin fəsadları: Ələt-Astara yolunda TIR, Lökbatanda darvaza aşdı

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *